17.12.2025, 07:25
AZ EN
12.11.2025, 18:00 114

İran konsulundan Zəngəzurla bağlı açıqlama

XƏBƏRLƏR
  • "İranın Ermənistanın cənubunda tikiləcək Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu (TRIPP) layihəsi ilə bağlı heç bir narahatlığı yoxdur".

"Vətən səsi" xəbər verir ki, bunu İranın Qafandakı konsulu Morteza Abedin Varamen deyib. O, Tehranla İrəvanın iqtisadi və regional layihələri müzakirə etdiyini bildirib. Konsul həmçinin ölkələrin üzləşdikləri ekoloji problemlərlə bağlı bir-birilərini məlumatlandırdığını qeyd edib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da daha əvvəl İranın bu məsələyə narahatlıqla yanaşmadığını söyləyib.

Elxan SALAHOV

Oxşar xəbərlər