26.09.2025, 04:10
AZ EN
25.09.2025, 12:25 255

Fergus Auld: Üç il ərzində Azərbaycanda tarixi hadisələrin şahidi oldum

XƏBƏRLƏR
  • Böyük Britaniya hökuməti Cənubi Qafqaz regionunda möhkəm sülhün bərqərar olmasına və regionun inkişafına fəal şəkildə töhfə vermək niyyətindədir.

Bu barədə Böyük Britaniyanın Bakıdakı səfiri Fergus Auld Azərbaycan və Böyük Britaniya arasında birinci siyasi dialoqda bildirib.

Diplomat qeyd edib ki, 2022-ci ilin avqust ayından Azərbaycanda çalışdığı üç il ərzində tarixi hadisələrin şahidi olub: ölkənin ərazi bütövlüyünün tam bərpası, 2024-cü ilin aprelində Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl çıxarılması, Ermənistanla sülh sazişinin bu yaxınlarda paraflanması və Minsk qrupunun buraxılması.

O həmçinin vurğulayıb ki, Qubadlı, Cəbrayıl və Zəngilanda erkən yenidənqurma işləri və minatəmizləmə prosesinin ilk mərhələlərindən bir neçə həftə bundan əvvəl səfərdə olduğu Şuşa və Laçında genişmiqyaslı bərpaya, Füzuliyə uçuşların başlamasına və Ağdamda dəmir yolu əlaqəsinin bərpasına qədər bir çox irəliləyişə şahidlik edib.

Səfir Azərbaycanda keçirilən və ölkə tarixində ən böyük beynəlxalq hadisə olan, 50 mindən çox xarici qonağı bir araya gətirən COP29 konfransının əhəmiyyətini xüsusi vurğulayıb.

İkitərəfli münasibətlərin inkişafından danışan F.Auld müsbət dinamikanı qeyd edib: Böyük Britaniyanın Baş naziri Kir Starmerin Azərbaycana ilk səfəri, Britaniya hərbi attaşesinin təyin edilməsi, Enerji üzrə Hökumətlərarası Komissiyada iştirak, eləcə də Avropa üzrə nazir Stiven Dautinin səfəri.

"Böyük Britaniya regionda baş verən hadisələri diqqətlə izləyir, sülh və inkişafa öz töhfəsini verməyə çalışır. Lakin mən ən çox burada səfir kimi öz ölkəmə COP29-un uğuruna nail olmaqda Azərbaycanın yanında olmağa kömək etdiyim üçün qürur duyuram", - o qeyd edib. (Report)

Oxşar xəbərlər