Bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh Əl Cüteyli Ərəb dövlətinin Milli Gününə həsr olunmuş tədbirdə deyib.
"Yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub və hazırda biz Səudiyyə-Azərbaycan İşgüzar Şurası və Birgə Komitə vasitəsilə ticari-iqtisadi mübadilənin genişləndirilməsi üzərində işləyirik", - o vurğulayıb.
Səfirin sözlərinə görə, iki ölkənin yaxın gələcəkdə ticarət və investisiyaları əhəmiyyətli dərəcədə artıracaq bir çox ümumi məqsədləri var.
"Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında münasibətlər tarixi xarakter daşıyır. Bu əlaqələr 1991-ci ildə qurulub və hazırda bütün sahələrdə fəal inkişaf edir", - o söyləyib. (Report)