26.09.2025, 04:18
AZ EN
23.09.2025, 14:27 173

Emin Hüseynov: Bu ilin noyabrında Ağdam şəhərinə ilk köç planlaşdırılır

XƏBƏRLƏR
  • "Bu ilin noyabr ayında Ağdam şəhərinə ilk köç planlaşdırılır".

Bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, ilk mərhələdə 110 ailənin şəhərə köçü nəzərdə tutulub:

"Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə köçürüləcək ailələrin siyahısı hazırlanır". (APA)

Oxşar xəbərlər