Azərbaycan Prezidenti İlham Əliyevin dəvət məktubları ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Şahin Abdullayev tərəfindən iyulun 29-da xarici işlər nazirinin müavini Vəlid bin Əbdülkərim əl-Xiriciyə təqdim edilib.
Görüşdə, həmçinin iki ölkə arasındakı əlaqələr və onların bütün sahələrdə möhkəmləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. (Report)