07.08.2025, 04:51
AZ EN
15.07.2025, 17:47 119

Zəngəzur dəhlizi Süveyş kanalı ilə müqayisədə...

XƏBƏRLƏR
  • “Çoxları Sünik yolunu (Zəngəzur dəhlizi) Süveyş kanalı ilə müqayisə edir. Yəni o, hansısa fundamental yola çevrilə bilər və böyük dövriyyəyə malikdir".

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Danelyan bildirib ki, ABŞ-la Çin arasında rəaqbətin artan xəttlə inkişafı Zəngəzur dəhlizinin açılmasını şərtləndirən əsas amilə çevrilir. Onun fikrincə, ABŞ-ın siyasəti Çinin bütün mümkün yollarını bağlamaqdır: "Lakin Çin yeni yollar tikir. Onlardan biri Pakistandan keçərək İrana uzanır. Pekin ora külli miqdarda pul yatırıb və yeni dəmir yolu çəkir, tikinti artıq başlayıb. Yol Qırğızıstana, Özbəkistana, Türkmənistana gedir, oradan da şaxələnməyə başlamalı, biri İrandan keçərək Bəndərabas limanına, digəri Türkmənistan limanına gedəcək, bundan sonra Bakıya və Sünik (Zəngəzur) dəhlizi ilə davam etməlidir”.

Erməni politoloq daha sonra vurğulayır ki, Azərbaycanın Çinlə strateji əlaqələri var, Gürcüstanın da analoji sazişi var, Ermənistanın isə yoxdur: “Əgər bu yol Sünikdən (Qərbi Zəngəzur - red.) keçərsə, Azərbaycanın ona nəzarət etməsi lazım gələcək. Bakı deyir: mən müharibədə qalib gəlmişəm, bu yol mənim olsun. Bakının Rusiya və İranla münasibətlərinin gərginləşdiyi vaxtda ABŞ fürsətdən istifadə edir. Azərbaycanın Rusiya-Ukrayna müharibəsinin bitəcəyi səbəbilə çox az vaxtı var. Hazırda fürsət pəncərəsi açılıb və o üzdən Bakı yolun ABŞ-ın nəzarətində olmasına razılıq verə bilər. Belə olan halda isə ABŞ istədiyi vaxt yolu açıb bağlaya biləcək”.

Zəngəzur dəhlizinin açılmasında ABŞ-ın rolundan danışan Danielyan bildirib ki, Tramp Nobel mükafatı almaq istəyir və bunun üçün müəyyən sülh olmalıdır: "İranla İsrail arasında 12 günlük müharibəsi bir yana, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Tramp heç nəyə nail ola bilmədi. Dövlət katibi Rubio ilə görüşündə isə o, Ermənistan-Azərbaycan probleminin sülh müqaviləsi yolu ilə həllinə əsasların olduğunu bildirdi”.

“Sünikdə tunel qazmaq lazımdır ki, azərbaycanlılar və türklər oradan keçsin...” Ağazaryan sərsəmlədi "Ölkədə həbslər və həbslər mühiti yaratmaqda məqsəd nədir” sualına Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan isə deyib ki,  Zəngəzur dəhlizin açılması sadəcə zaman məsələsidir və bu məsələdə ABŞ-ın da rol oynayacağı gözləniləndir: “Ölkədə bununla bağlı bir ab-hava hökm sürür. Son vaxtlar müxalif fikirli şəxslərin həbs olunması da onunla şərtlənir ki, potensial təhlükəli qərarların qəbulunu arxa plana keçirmək lazımdır. Təhlükəli qərarlar Sünikdən (Zəngəzur) keçən yolun autsorsinqi , eləcə də azərbaycanlı qaçqınların geri qayıtması məsələsidir. Mən bu autsorsinqi çox yaxşı başa düşmürəm, ona görə də bu mövzuda ətraflı danışa bilmərəm. Bilmirəm, bu yaxşıdır, ya pis, nə və necə etmək lazımdır, bu müstəqil qurumun Türkiyənin, Azərbaycanın təsiri altına düşməyəcəyinə zəmanət haradadır. Bu halda bu, hərfi mənada suveren hüquqlardan məhrum olmaq deməkdir”.

Paşinyan hökumətinə qarşı müxalifətdə olan deputat deyib ki, əgər hamı regionda sülh istəyirsə, o zaman yeganə düzgün həll yolu Sünik (Zəngəzur) ərazisindən tunel qazmaqdır: "Həmin tunel azərbaycanlıların və türklər oradan keçməsi üçün lazımdır. Bizim də haqqımız var ki, ayda bir dəfə monitorinq keçirək. Türkiyə və Azərbaycan regionda sülh istəyir, lakin onların sülh ideyası bizimkindən xeyli fərqlidir. Onlar istəyirlər ki, bu bölgədə erməni olmasın və sülh olsun”.

Elxan SALAHOV

 

Oxşar xəbərlər