Bu barədə bu gün “Lacinema”da keçirilən tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib.
Onun sözlərinə görə, Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib.
“Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır.
Sus kəndində 59 fərdi ev, 4 qeyri-yaşayış binası, Zabux kəndində 223 ev, 4 qeyri-yaşayış binası var”, - o əlavə edib. (APA)