"Vətən səsi" xəbər verir ki, bu barədə Baş nazir özünün "Facebook" səhifəsində məlumat yayıb. O, 9 dəqiqəlik ayaqüstü açıqlamasında azərbaycanlı jurnalistin iki sualına əhatəli cavab verib. Nikol Paşinyan həmin müsahibəsini sosial şəbəkə səhifəsində paylaşıb.
"İctimai" Televiziyanın əməkdaşı Süleyman Həmidovun Ermənistanın konstitusiyası ilə bağlı sualını cavablandıran Paşinyan qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib. O, Azərbaycana qarşı ərazi iddialarına dair müddəanın da əks olunduğu Ermənistanın konstitusiyasının dəyişdirilməsi ilə bağlı müzakirələrin getdiyini bir daha təsdiqləyib: "Bizim Azərbaycana qarşı ərazi iddiamız yoxdur və bütün məsələlər qarşılıqlı hörmət əsasında həllini tapmalıdır".
Paşinyan əlavə edib ki, hazırda Azərbaycan və Ermənistan arasında razılaşdırılmamış iki məsələ olduğunu söyləyərkən rəsmi Bakının irəli sürdüyü hər iki şərtin yerinə yetirilməsinin mümkünlüyü barədə fikirlərini açıqlayıb. O, həm Ermənistanın konstitusiyası dəyişdirilməsi, həm də ATƏT-in Minsk Qrupunun ləğvi məsələlərindən bəhs edərək bildirib ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət əsasında davamlı sülhə nail ola bilər.
Baş nazir həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin razılaşdırılmış bəndlərindən də danışıb.
Elxan SALAHOV