Bu barədə Albaniyanın infrastruktur və energetika nazirinin müavini Seno Klosi bildirib.
“Albaniya dinamik inkişaf edən enerji sektoruna malik bir ölkə olsa da, qaz sahəsində geri qalır”, – o, “Report”un sualına cavab verərkən qeyd edib.
O vurğulayıb ki, Azərbaycanla, xüsusilə SOCAR şirkəti ilə qarşılıqlı əməkdaşlıq ölkəyə qaz infrastrukturunun inkişafını sürətləndirməyə və enerji potensialını genişləndirməyə kömək edəcək.
“Biz hər iki ölkənin malik olduğu təcrübə və potensialın, həmçinin enerji sahəsində toplanmış biliklərin mübadiləsi yolu ilə əməkdaşlığımızı genişləndirməyə çalışırıq. Məhz buna görə də sizin şirkətinizin – SOCAR-ın iştirakı ilə biz indi, deyək ki, layihənin ilkin mərhələsini – bu layihəyə investisiya qoyuluşuna başlamaq üçün konkret addımlara keçməzdən əvvəl biznes-planın (qazlaşdırma – red.) hazırlanmasını başa çatdırırıq”, – nazir müavini söyləyib. (Report)