03.05.2025, 00:26
AZ EN
02.05.2025, 10:33 216

Balasanyan Putindən kömək istədi

XƏBƏRLƏR
  • Azərbaycan ordusunun 2023-cü il sentyabrında Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı bölgəni tərk edərək Ermənistana qaçmış separatçı erməni dəstəsi hələ də geri - 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımıza qayıtmaq və yenidən azərbaycanlılarla birlikdə yaşamaq arzusundadır.

"Vətən səsi" xəbər verir ki, özünü qondarma rejimin keçmiş "Təhlükəsizlik Şurasının katibi" kimi adlandıran erməni separatçı dəstəsinin rəhbərlərindən olmuş və hazırda Ermənistanda yaşayan Vitali Balasanyan bununla bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. O, Putindən xahiş edir ki, ermənilərin Qarabağa qayıtmasına şərait yaratsın və bu prosesə vasitəçilik etsin: “Ümid edirik ki, sizin köməyiniz və dəstəyinizlə Qarabağ erməniləri - Böyük Vətən müharibəsində qələbə qazanmış xalqın nəslindən olan insanlar - yenidən öz tarixi hesab etdikləri torpaqlara dönə biləcəklər”.

Xatırladaq ki, Vitali Balasanyan bir müddət öncə Azərbaycanın suverenliyini pozaraq qanunsuz rejimdə müxtəlif "vəzifələr" tutmuş şəxslərdən biridir. Onun bu çağırışı bəzi dairələrin hələ də revanşist iddialardan əl çəkmədiyini göstərir.

Elxan SALAHOV

Oxşar xəbərlər