02.05.2025, 13:33
AZ EN
30.04.2025, 09:50 50

Ermənistan beynəlxalq aləmdə ciddi tərəfdaş sayılmır

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan və deməli, Ermənistan xarici təcrid vəziyyətindədir.

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan sosial şəbəkədə yazıb. Politoloq hesab edir ki, Paşinyan ABŞ, Rusiya və Çinin hazırkı administrasiyası üçün qəbuledilməzdir. Onun sözlərinə görə, Paşinyan hətta Azərbaycanla münasibətlərini quran Avropa İttifaqı üçün də ciddi tərəfdaş deyil: “Təbii müttəfiqi İran Ermənistanın indiki siyasətinə rəğmən, sırf geosiyasi səbəblərə görə münasibətləri saxlamağa məcburdur”.

Erməni politoloq İrəvanın ən yaxın tərəfdaşlarından olan İranın da Azərbaycanla səmimi dostluq və əməkdaşlıq münasibətlərində maraqlı olduğuna diqqət çəkib. O, qeyd edib ki, İran prezidentinin Bakı səfəri və İlham Əliyevlə Məsud Pezeşkian arasında səmimi, işgüzar müzakirələr rəsmi Tehranın da İrəvana  güvəninin olmamasına işarədir. Onun fikrincə, ötən həftə Azərbaycan prezidentinin Çinə dövlət səfəri çərçivəsində Bakı-Pekin xəttində strateji tərəfdaşlığın gücləndirilməsi iki ölkə arasında dinamik inkişafa böyük təkan verəcək: "Bu münasibətlər region üçün mühüm əhəmiyyət daşıyır və burada da Azərbaycanın böyük üstünlüyə malikdir".

Elxan SALAHOV

Oxşar xəbərlər