28.06.2025, 18:48
AZ EN
27.04.2025, 10:46 172

Prezident İlham Əliyev Syerra-Leone dövlət başçısını təbrik edib

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioyni təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

Oxşar xəbərlər