29.06.2025, 04:17
AZ EN
27.08.2024, 13:13 361

Azad edilmiş ərazilərdəki seçki məntəqələrində veb-kameraların quraşdırılması nəzərdə tutulur

XƏBƏRLƏR
  • “Beynəlxalq qurumların seçkilərə hazırlıqla bağlı iradı olmayıb”.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, xarici müşahidəçilər hazırda yerlərdədir: “Xarici müşahidəçilər də qısa zamanda azad edilmiş ərazilərdə görülən işləri yüksək qiymətləndirir”.

Məzahir Pənahov hələlik işğaldan azad edilmiş ərazilərdəki seçki məntəqələrində veb-kameraların quraşdırılmadığını diqqətə çatdırıb və əlavə edib ki, bununla bağlı aidiyyəti qurumlara müraciət olunub.

Məzahir Pənahov azad edilmiş ərazilərdə 42 mindən çox seçicinin səs verəcəyini də xatırladıb. (APA)

Oxşar xəbərlər