Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
Zaxarova 27 oktyabrda Gürcüstanda Azərbaycan və Ermənistan Baş nazirlərinin görüşünü şərh edərək bildirib ki, Rusiya tərəfi İrəvanla Bakı arasında və ümumilikdə regionda gərginliyi aradan qaldıra biləcək istənilən təmasları alqışlayır.
Rusiya XİN rəsmisi qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illəri əhatə edən dövrdə əldə etdikləri üçtərəfli razılaşmalar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının “yol xəritəsi” hesab olunur.
Sənədlərdə əksini tapan məsələlərə iki ölkə arasında sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması, sərhədlərin delimitasiyası və vətəndaş cəmiyyəti səviyyəsində dialoq daxildir. (APA)