17.06.2025, 05:48
AZ EN
28.11.2023, 13:11 343

“Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında” adlı yeni kitab çap edilib

XƏBƏRLƏR
  • “Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında” adlı Ulu Öndərimizə həsr edilmiş kitab işıq üzü görüb. Teatrşünas-tənqidçi Anar Ərtoğ­rul Burcəliyevin müəllifi olduğu yeni nəşrdə Heydər Əliyevin Azərbaycan mə­dəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan ətraflı bəhs edilir. “STAR” çap evində buraxılmış kitabın redaktoru Sailə Məhərrəmqızı, bədii tərtibatçısı Zi­bər İsayevadır. 

Yeni nəşrin “XX əsrin mədəniyyət tarixində yeni dövr”, “Heydər Əliyev və müstəqil Azərbaycanın mədəniyyət si­yasəti”, “Heydər Əliyev – Azərbaycan mədəniyyətinin ən böyük himayədarı və qayğıkeşi”, “Heydər Əliyev və Azərbay­can teatrı”, “Heydər Əliyevin Nizami Gən­cəvi təəssübkeşliyi”, “Milli kinomuzun inkişafında Heydər Əliyevin xidmətləri”, “Azərbaycan kinosu müstəqillik dövrün­də”, “Heydər Əliyev və Azərbaycan ədə­biyyatı”, “Milli musiqi mədəniyyətimiz və azərbaycançılıq” adlı bölmələrində Ulu öndərin mədəniyyət tariximizin inkişafı və onun ideyalarının əsas məqamları geniş formada təhlil edilib. 

Müəllif, həmçinin Ümummilli liderin mədəniyyətin inkişafı ilə bağlı imzala­dığı fərman və sərəncamları, “Muzeylər haqqında Azərbaycan Respublikası Qa­nunu”nu Heydər Əliyev siyasi-mədəni kursunun predmeti olaraq götürüb və müxtəlif rakurslardan geniş təhlilini verib. 

Kitabda Ulu öndərin ideyalıarının həyata keçirilməsində, Azərbaycan mə­dəniyyəti və incəsənətinin dünyaya in­teqrasiyasında Heydər Əliyev Fondunun müstəsna rolundan da geniş söhbət açı­lır. 

Qeyd edək ki, kitab Gəncə şəhəri Nizami və Kəpəz bələdiyyələrinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr edilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR