27.06.2025, 12:02
AZ EN
16.03.2023, 16:10 299

Müşahidə missiyası "piar" olub

XƏBƏRLƏR
  • Ermənistanın gündəlik "Past" (Fakt) qəzeti yazır ki, Avropa İttifaqının göndərdiyi müşahidəçilər haqqında heç də birmənalı danışılmır.  

Azərbaycan-Ermənistan sərhədində fəaliyyət göstərən bu missiya artıq xüsusilə Rusiya üçün "qara piara" çevrilib. Qəzet yazır ki, Ermənistan hakimiyyəti bu missiyanın bölgədə sabit sülhün təminində hansısa rol oynayacağına inansa da bu, belə deyil. Ən azı ona görə ki, "Rusiya bu missiyanın qəti əleyhinədir və bunu özünə qarşı baş verəcək oyunun startı hesab edir".

Sosial şəbəkələrdə müşahidə missiyasının işinin yayılması üçün xüsusi qrupun yaradılmasına mənfi münasibət bildirən qəzetin fikrincə, belə davam edərsə, Rusiya "qara piar" əməliyyatı keçirib Ermənistanı Qərbin qarşısında çıxılmaz duruma salacaq.

Xəbər "Lurer.com" vasitəsilə paylaşılıb.

Nəsib

Oxşar xəbərlər