Acapaxyan günahını etiraf etməyib.
Onun həbs müddəti 10 gün uzadılıb.
Arxiyepiskop məhkəmədə bildirib ki, onu buraxmaları üçün məhkəməyə müraciət etmək niyyətində deyil.
Xatırladaq ki, Acapaxyan iyun ayının sonunda hakimiyyətin devrilməsinə açıq çağırışlar etməkdə ittiham olunaraq həbs edilib. (Report)