Son aylarda fəaliyyətə başlayan ARMNewsHour xəbər portalı adətən müxalifəti bəzən senzurasız ifadələrlə dəyərləndirir. Yalnız iqtidarın mövqeyini dəstəkləyən bu erməni saytı Azərbaycan və Türkiyənin ünvanına da böhtan söyləməklə özünə auditoriya qazanmağa çalışır. Ermənistan mətbuatında azərbaycanlılar adətən türk adlandırılsa da sözügedən qurum son vaxtlar həm azərbaycanlıları, həm də qardaş türkləri oğuz adlandırır. Tarixi saxtalaşdırmaqda birinci yerdə olan hayların bu media qurumunun aparıcısı Nane İspiryan dövlət və hökumət başçılarının Almaniyanın Münhen şəhərində keçirilən zirvə toplantısı barədə şərhində yenidən öz erməni xislətini ortaya qoyaraq reallıqdan uzaq fikirlər səsləndirib. Amma ədalət naminə deyək ki, o, türklər və azərbaycanlılar barədə danışarkən vurğulayıb ki, onlar doğrudan da eyni soydan olan oğuzlardır.
Bu ifadədən sonra isə növbəti dəfə erməniliyini işə salır, deyir ki, guya həmin oğuzlar erməni torpaqlarını işğal ediblər. Qarabağın azad edilməsi ilə heç vaxt barışmayacağını xatırladan Nane sonda deyib ki, əgər tədbir görülməsə oğuzlar Zəngəzuru və digər əraziləri də tutacaqlar.
Nanenin narahatlığı başa düşüləndir: gözləyir ki, oğuzlar tez gəlsin, bəlkə, bəxti açıla və köhnə kişilər demiş, evdə qarıyıb köhnə çuvala tay olmaya.
N.Qaramanlı