27.06.2025, 11:53
AZ EN
18.01.2024, 15:57 354

Fəxri adlar ləğv olunur

XƏBƏRLƏR

"Hraparak"ın müxbiri Syuzan Simonyan bu günkü məqaləsində yazır ki, Ermənistanda fəxri adların ləğv olunmasına hazırlıq gedir. Paşinyan iqtidarı əməkdar müəllim, artist, inşaatçı, idman ustası və s. fəxri adların verilməməsi üçün "Vətəndaş müqaviləsi" fraksiyasına müvafiq qərar layihəsi işləyib hazırlanmasını tapşırıb. Müəllif daha sonra əlavə edib ki, layihədə xalq şairi, yazıçısı, rəssamı və digər fəxri adlarında ləğv edilməsi nəzərdə tutulub. O da xatırladılır ki, sözügedən adlar sovet cəmiyyətində təsis edilib və o zamanlar bunun siyasi önəmi də olub. İndi isə bu adı almaq üçün müxtəlif qanunsuzluğa yol verilir, rüşvətin məbləği isə durmadan artır. İqtidarın fikrincə, yalnız bir neçə postsovet məkanında mövcud olan belə adların cəmiyyətə deyil, yalnız o adı alanlara fayda verdiyini də xatırladan müxbir belə bir təklif də irəli sürür ki, heç bir mülki peşə sahibi digərindən üstün olmadığına görə fəxri adların ləğvi barədə təklif mütləq həyata keçirilməli, amma hərbçilər daim mükafatlandırılmalıdır.

Daha bir yazıda isə göstərilir ki, fəxri adların ləğvi ölkədə gedən demokratik islahatların, ayrı seçkiliyin aradan qaldırılmasının təzahürüdür. Cəmiyyət isə bunu normal qəbul edir.

N.Qaramanlı

Oxşar xəbərlər