Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində “Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi” adlı panel müzakirəsində çıxışında deyib.
O qeyd edib ki, bölgədən kənar ölkələr maraqlarını ortaya qoyub regiona töhfə verə bilər: “Biz müstəqilliyin ilk illərində ümidlərimizi beynəlxalq təşkilatlara bağlamışdıq. Münaqişəni isə hərbi və siyasi yollarla həll etdik”.
Prezidentin köməkçisi əlavə edib ki, bu gün Azərbaycan və Ermənistan sülh gündəliyini dərinləşdirir. (APA)