Əlavə olunub ki, yeni baş hərbi komissar Robert Koçaryanın prezidentliyi dövründə Göyçə bölgəsinin hərbi komissarı olub və nə vaxtsa həm də respublikanın baş hərbi komissarı vəzifəsinə təyin ediləcəyi barədə danışıqlar olubmuş. R.Koçaryanın kadrının yüksək vəzifəyə təyin edilməsinin səbəbini hərbi komissarlıq sahəsində kadr çatışmazlığı ilə bağlayan nəşr əlavə edib ki, müdafiə nazirinin bu addımı atmasına səbəb məhz çarəsizlik və nazirlikdəki korrupsiyaya qarşı mübarizə aparmağın vacibliyi olub. O da vurğulanıb ki, ordudakı böhran səbəbindən nəzərdə tutulan təlim-məşq toplanışları da vaxtında aparılmır.
Nəsib Qaramanlı