27.06.2025, 12:12
AZ EN
25.12.2024, 11:54 297

Haylar yenə uduzacaqlar

XƏBƏRLƏR
  • Ermənistan hakimiyyətinə qarşı sonadək mübarizə aparmaq əzminin sönməz  olduğunu yenidən qabardan Tiqran Abrahamyan bu gün "Hraparak"da "Torpaq üstündə oyun qaydaları" başlığı altında yayılmış çıxışında qeyd edib ki, Ermənistan 44 günlük müharibədən sonra  məğlub tərəf kimi qalib tərəfin istəyi ilə tam razılaşmadığını sübuta yetirmək üçün siyasi oyun qaydalarını "torpaq  oyunları ilə əvəz edib və 2021-2023-cü illərdə öz ərazisinin 240 kv kilometrini guya, Azərbaycan tərəfindən tutulmasına seyrçi münasibət sərgiləyir.

Əlavə edib ki, beynəlxalq təşkilatların səylərinə baxmayaraq Azərbaycan öz məqsədinə addım-addım nail olur, Ermənistan hakimiyyəti isə sakitliklə seyr edir. Hakimiyyəti cinayətkar qruplaşma adlandıran Tiqran belə bir qəti nəticəyə gəlib ki, Paşinyanın komandası Avropanın, digərlərinin bəyanatlarına güvənib müharibə başlayacağı təqdirdə isə ermənilər daha faciəli dövrə qədəm qoyacaqlar. Revanşçılığı daim diqqət mərkəzində saxlayan bu yelbeyin hayın mövcüd hakimiyyətinin istefaya çıxacağı ilə problemlərin guya həll olunacağını deməsi isə heç bir sağlam məntiqə söykənmir.

N.Qaramanlı

Oxşar xəbərlər