29.06.2025, 09:00
AZ EN
30.09.2024, 13:51 321

Ermənistan “Zod” yatağında qızıl hasilatını bərpa edib

XƏBƏRLƏR
  • “Zod” (“Sotk”) qızıl yatağında yeraltı üsulla hasilat bərpa edilib.

Ermənistan mətbuatı xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan “Mining Armenia” konfransı çərçivəsində məlumat verib.

2025-ci ilin ikinci yarısına qədər yatağı ildə 400 min ton layihə gücünə çatdırmaq planlaşdırılır. Hazırda illik güc 100-150 min ton təşkil edir.

O.Arutyunyanın sözlərinə görə, hasilatın dayandırılmasının əsas səbəbi mədənin yer səthinə yaxın yerləşən ehtiyatlarının tükənməsi olub: qalan ehtiyatlar elə yerləşib ki, onun daha dərin laylarını istismar etmək sərfəlidir. (Report)

Oxşar xəbərlər