Qeyd olunub ki, Hrayr Tovmasyan 2013-cü ildə ədliyyə naziri işləyərkən bir sıra qanunsuz əməllər törədib. O, yaxın adamların iştirakı ilə həm vətəndaşların hüquqlarını pozub, həm də dövlətə xeyli maddi ziyan vurub. Təqsirləndirilən şəxs isə bunun süni ittiham olduğunu bildirərək xüsusi vurğulayıb ki, ittihamnamənin ssenari müəllifi onunla şəxsi düşmənçiliyi olan Tatevik adlı qadın, rejissoru isə baş nazir Nikol Paşinyandır. Jurnalist sonda xatırladıb ki, Hrayr müxalif keşiş Bağratla əməkdaşlıq etdiyinə görə belə münasibətlə qaşılaşıb. Amma o barəsində məhkəmə qərarı olanadək indiki vəzifəsində qalacaq.
N.Qaramanlı