Xatırladaq ki, Azərbaycan xalqının qatı düşməni, minlərlə dinc vətəndaşın öldürülməsində bilavasitə iştirak edən Robert Koçaryanın korrupsiya, rüşvətxorluq və digər əməllərinə görə aparılan məhkəmə prosesi 3-cü ildir davam edir. Hər iclasda isə onun həbs edilməməsi üçün müxtəlif bəhanələr uydurulub. Hakim partiyanın funksionerləri, o cümlədən deputatları isə nəhayət, hakim barədə ölçü götürülməsini tələb ediblər. Agentlik əlavə edib ki, sözügedən hakim qadın təkcə işini itirməyəcək, o həm də Koçaryandan və b. rüşvət almaqda ittiham edilərək azadlıqdan məhrum edilə bilər.
N.Qaramanlı