Keçmiş diplomat deyib ki, ABŞ-nin dövlət katibi Blinkenin "müsbət addımlar atılır" deməsi reallığı əks etdirmir. Çünki həm Türkiyə, həm də Azərbaycanla xeyli razılaşdırılmamış məsələ var və heç kəs öz mövqeyindən geri çəkilmək istəmir. Zəngəzur dəhlizi ilə bağlı isə vurğulayıb ki, bu məsələdə də Azərbaycanın öz təklif və tələbləri var. Amma Ermənistan hakimiyyəti bunun baş tutmaması üçün müxtəlif üsullardan istifadə etməkdə israrlıdır. Ona görə də payızda baş verəcək növbəti müharibəyə indidən hazırlaşmaq lazımdır.
Məğlubiyyətdən nəticə çıxarmamaq və öz cəmiyyətini də daim həyəcan içərisində saxlamaq bəzi ermənilərdə xəstəliyə çevrilib. Jurnalistin peşəkar diplomat hesab etdiyi bu erməni də, görünür, sağlam düşüncəyə malik deyil.
N.QARAMANLI