27.06.2025, 17:35
AZ EN
13.06.2024, 12:01 330

Erməni yayı və vayı

XƏBƏRLƏR
  • Avropa standartlarına uyğun təqvim düzəldən hayların bu yayı da vayla başlayıb.

Artıq ay yarımdır ki, iki ayağını Fransadan pay gələn ayaqqabısına dirəyib elə fransızcadan tərcümə etdikləri "Vətən naminə Tauş" adlanan anti bəşəri quruma böyüklük edən hay keşişlər xalqlarının yayını lap vaya döndəriblər. Vuruşmağın nə olduğunu yalnız moizələrdən bilən hay keşişlərin Baqrat deyilən başçısı elə bu gün də xeyli hayın günün qızmarında bir yerə toplayıb moizələrə başlayıb. Yenə deyir ki, Paşinyan istefa verməsə, anası da, Annası da ağlar qalacaq. Daha bilmir ki, Paşinyan özü istefaya göndərmək üzrə lap peşəkardır. Serj Sarkisyanı baş nazirlikdən  lap iti qovan kimi qovalayıb. İndi də deyir ki, bu keşişin ağlı başına gəlməsə düz babalarının gəldiyi İrana qədər qovacaq.

Haylar da qalıb udquna-udquna ki, bu bürküdə daha dözə bilməyəcəklər və bu yayı da vayla keçirib "vordeğ hay, ayndeğ vay" (harda hay, orda vay) məsələnin lap yerində yarandığına əmin olacaqlar.

Bu toplumun bax bircə bu məsəli deməyə əsas verir ki, vaysız yaşamaq üçün haysız olmaq lazım imiş...

Nəsib

Oxşar xəbərlər