27.06.2025, 11:50
AZ EN
17.04.2024, 14:53 437

Müxalif qadın parlamentin sədrini aravuran adlandırıb

XƏBƏRLƏR

"Hraparak"ın müxbiri Karen Martirosyan bugünkü məqaləsində müxalifətçi ictimai-siyasi fəal Litit Tumanyanla söhbət zamanı hakim "Vətəndaş müqaviləsi" partiyasından deputat Hakop Aslanyanla müxalifətçi Samvel Vartanyan arasında  ictimai nəqliyyatda baş verən insident və həmin müxalifətçinin istintaq komitəsi tərəfindən həbs olunmasına aydınlıq gətirməyə cəhd edib. L.Tumanyan bu olayın məhz parlamentin sədri Alen Simonyanın təhriki ilə baş verdiyi qənaətinə gəldiyini bildirərək bu barədə Helsinsk Komitəsinə, siyasi hüquqlar üzrə Ermənistan bölməsinə məlumat verildiyini xüsusi vurğulayıb. O, deyib ki, bu işlə Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan məşğul olur və həqiqət üzə çıxarsa  S.Vartanyan sərbəst buraxılacaq, təhrikçi və aravuranlar isə layiqli cəza alacaqlar.

Xatırladaq ki, ötən ilin yayında da analoji olay baş vermiş və hakim partiyanın sözügedən deputatı barədə heç bir ölçü götürülməmişdi. Görünür, bu dəfə də belə olacaqdır. Çünki Ermənistanda iqtidar deputatların da qeyri-adi davranışları artıq adi hala çevrilmişdir.

N.Qaramanlı

Oxşar xəbərlər