27.06.2025, 20:02
AZ EN
08.03.2024, 12:28 309

Rusiya rəsmisi Ermənistanı regionda gərginliyi artırmamağa çağırdı

XƏBƏRLƏR
  • Ermənistan ərazisindəki Rusiya hərbçiləri regionda təhlükəsizliyi təmin edir və onların ölkədən çıxarılması gərginliyin artmasına səbəb olacaq.

Bu barədə Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Viktor Bondarev özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, İrəvan Rusiya qoşunlarını Ermənistandan çıxarmaq barədə heç düşünməməlidir.

Bondarev Ermənistanın Zvartnots hava limanında sərhəd keçidinə tam nəzarət etmək qərarını Rusiyaya qarşı ilk ən böyük qeyri-dost addımı olaraq qiymətləndirib.

"Bu, Ermənistanın faktiki olaraq qeyri-dost münasibətə, KTMT-nin əsaslarından uzaqlaşmağa doğru yavaş-yavaş və qəti şəkildə yuvarlanmasıdır", - o deyib.

Xatırladaq ki, martın 6-da İrəvan Zvartnots hava limanında rus sərhədçilərinin mövcudluğu ilə bağlı Moskvaya rəsmi məktub göndərib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında bildirib ki, Zvartnots hava limanında erməni sərhədçiləri xidmət göstərməlidir. (Trend)

Oxşar xəbərlər