Bu barədə "Sputnik Armenia"ya mənbə bildirib.
Ermənistan İstintaq Komitəsi eks-deputatın həbsinin səbəbini – onun sosial şəbəkədəki paylaşımı olduğunu açıqlayıb.
"İyunun 8-də Axoyan öz səhifəsində “ictimai zorakılığa çağırışlar səsləndirib”: söyüş söyərək, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasından sonra öldürülməli olanların siyahısını tərtib etməyə çağırıb", - məlumatda bildirilib.
Noyabrın 3-də Axoyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 330-cu maddəsi (zorakılığa açıq çağırış) ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə eks-deputat bir ay müddətinə həbs edilib. (APA)