Dünən Ermənistan mətbuatına istinadən xəbər vermişdik ki, axşam saat 17-də Ermənistanın hökumət binası önündə baş nazir Nikol Paşinyanın istefa tələbi ilə aksiya keçiriləcək. "Hraparak" bu gün xəbər yayıb ki, aksiya təyin olunan vaxtdan tez başlayıb və aksiya iştirakçıları ilə asayiş keşikçiləri arasında qarşıdurma olub. İçərilərində polislər də olmaqla xeyli adam zərər çəkib. Asayiş keşikçiləri 30 nəfər aksiyaçını saxlayıb və onlardan 2 nəfər barədə cinayət Məcəlləsinin 182-ci maddəsi ilə iş başlayıb.
Nəsib