Paşinyan isə məğlub tərəf kimi sözügedən tələbləri yerinə yetirməyə başlayıb deyən jurnalist daha sonra əlavə edib ki, hayların lideri artıq Minsk qrupunun birdəfəlik ləğvi üçün göstəriş verib. Azərbaycanın Fransadan Ermənistana silah ötürülməsi ilə bağlı narazılığının da hay hakimiyyətinin diqqət mərkəzində olduğunu deyən Lia Sarkisyan əmindir ki, Azərbaycan öz istəyinə nail olacaqdır. Müəllifin fikrincə, Paşinyan yalnız bir məsələni- faşist düşüncələrdən xilas məsələsini həll edə bilməyəcək.
Onun bu fikirləri isə deməyə əsas verir ki, hay dövlətçiliyi məhv edilməyincə Almaniyada olduğu kimi Hayastanda da faşizm rejimi hökm sürəcəkdir.
N.Qaramanlı