28.06.2025, 00:31
AZ EN
02.06.2023, 11:55 358

Erməni uşaqlar gələcəyə inamsız gedir

XƏBƏRLƏR
  • Məlum olduğu kimi, 1 iyun Uşaqları Beynəlxalq Müdafiə günüdür və bu, dünyanın bir çox ölkələrində uşaqlara əsl bayram sevincini yaşadır. Ermənistanda isə əksinə olur. Belə ki, yenidən onların gələcəyi barədə bədbin fikirlər səslənməkdədir.

Psixoterapevt, psixoloq Elanna Avetyanın "Hraparak"ın müxbiri Hayk Gevorkyanla söhbətində də məhz bu nüanslar bəhs olunur. O, uşaqlarla daim ünsiyyətdə olduğu üçün reallığı tam dərk etdiyini bildirərək vurğulayıb ki, indi erməni uşaqları əvvəlkilərlə müqayisədə pessimist böyüyürlər. Hətta elə uşaqlar var ki, heç bir xəstəliyi olmasa da çox gec - 5-6 yaşında danışmağa başlayırlar.

Erməni uşaqların həm də aqressiv olduğunu müşahidə etdiyini etiraf edən psixoloq bunun səbəbinin məhz valideynlərdə olduğunu da təsdiqləyir. O, qeyd edir ki, bu həm də müxtəlif qorxulu seriallara və multfilmlərə aludəçilik nəticəsidir. "Məişət qayğıları ilə yüklənən valideynlər unudurlar ki, uşaqların mədəsindən daha artıq onların mənəvi-psixoloji durumu barədə narahat olmaq lazımdır", - deyə psixoloq erməni uşaqların həm də qorxaq böyüdüklərinə diqqət çəkir. Qeyd edir ki, belə davam edərsə millətin gələcəyi təhlükə altında olacaq.

N.Qaramanlı

Oxşar xəbərlər