27.06.2025, 18:55
AZ EN
17.05.2023, 11:43 373

Separatçılar bölünürlər

XƏBƏRLƏR

Qarabağdakı separatçı rejimin sabiq və indiki başçıları arasında fikir ayrılığı getdikcə dərinləşir. Psevdo general Samvel Babayanın təşkil etdiyi son mitinqdə adamların sayı Ruben Vartanyanın mayın 9-da keçirdiyi mitinqdəkindən az olsa da psevdo prezident Araik Harutyunyanın daha çox birincinin sözlərini qəbul edib ona vədlər verməsi birmənalı qarşılanmayıb. Erməni sayağı yalanlarla dolu olan xəbərlər yayılmaqdadır ki, əgər S.Babayan istədiyi vəzifəni ala bilməsə öz nüfuzuna xələl gəlməməsi üçün Araik Harutyunyanın "istefasını" tələb edəcək və bu işdə Ruben Vartanyanın da dəstəyini qazanacaqdır. Xatırladaq ki, S.Babayan "dövlət naziri" olarsa 100 gün ərzində erməni toplumuna qələbə yaşamaq kimi sərsəm ifadələr işlədib.

Nəsib

Oxşar xəbərlər