17.12.2025, 16:07
AZ EN
05.12.2025, 07:00 212

Xankəndidə keçiriləcək XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub

XƏBƏRLƏR
  • Xankəndidə keçiriləcək XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub.

Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq.

Zəka sahiblərindən Yan Nepomnyaşi (FİDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, dekabrın 9-dan 10-a qədər keçiriləcək Memorial ilk dəfə 2014-cü ildə təşkil olunub. 2023-cü ildən isə turnir FİDE dünya çempionatının seçmə mərhələ statusunu alıb. (Report)

Oxşar xəbərlər