10.08.2025, 21:35
AZ EN
10.08.2025, 17:24 105

“Qarabağ” dünya reytinqində geriləyib

XƏBƏRLƏR
  • “Qarabağ” klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi dünya reytinqində daha üç pillə geriləyərək 137,25 xalla 134-cü yerdə qərarlaşıb.

“Zirə” (84,75 xal) 42 mövqe itirərək 274-cü sıraya enib. “Araz-Naxçıvan” (70,25 xal) isə 76 pillə irəliləyərək 363-cü, “Sabah” (86 xal) isə 49 sıra yüksələrək 264-cü yeri tutub.

Qeyd edək ki, 501 klubun yer aldığı siyahının lideri İspaniya təmsilçisi “Real”dır (520 xal). (Trend)

Oxşar xəbərlər