01.07.2025, 15:38
AZ EN
01.07.2025, 08:53 296

Erməni futbolçu klublararası dünya çempionatında dava saldı

XƏBƏRLƏR
  • "İnter"in erməni yarımmüdafiəçisi Henrix Mxitaryan ABŞ-də keçirilən klublararası dünya çempionatında dava salıb.

Səkkizdəbir final mərhələsinin "Fluminense" ilə oyunu zamanı meydanda gərginlik yaşanıb.

Birinci hissənin sonunda "Fluminense"nin baş məşqçisi Renato Qauço meydandan çıxan topu Mxitaryandan uzaqlaşdırıb. Buna əsəbiləşən erməni futbolçu məşqçini itələyib.

Həmin epizoddan sonra meydanda tərəflər arasında gərginlik yaşanıb. Hakim Qauçoya həmin hadisəyə görə sarı vərəqə verib.

Xatırladaq ki, "Fluminense" "İnter"i 2:0 hesabı ilə məğlub edərək növbəti raunda vəsiqə qazanıb.

GÜNEL

Oxşar xəbərlər