14.03.2026, 06:58
AZ EN
04.06.2025, 13:33 455

Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb

XƏBƏRLƏR
  • Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb.

Xatırladaq ki, Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edib. (Report)

Oxşar xəbərlər