Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimindən sonra tədbirin əsas məqsədi və əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Yarışın təşkilində məqsəd ulu öndər Heydər Əliyevin irsinin gənclər arasında təbliği və onlar arasında sağlam həyat tərzini təşviq etməkdir.
Qeyd edək ki, çempionatda Qubadlı rayon komandası I yerə layiq görülüb. Yarışın sonunda qalib komanda kubok, medal və diplomla təltif olunub.
Tahirə AĞAMİRZƏ