26.06.2025, 23:13
AZ EN
26.04.2025, 10:25 152

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş basketbol turniri keçirilib

XƏBƏRLƏR
  • Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş 3x3 basketbol idman növü üzrə region turniri keçirilib.

Yarış Azərbaycan Basketbol Federasiyası, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunub.

Turnirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, ümumi təhsil müəssisələrinin şagirdləri, qonaqlar, idmançılar iştirak ediblər.

Turnirin açılışında çıxış edən Şərqi Zəngəzur Regional Təhsil idarəsinin müdiri Fuad Bədəlov və Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov turnirdə iştirak edən bütün şagirdləri və onların müəllimlərini təbrik edib, uğurlar arzulayıblar.

Turnirdə Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl və Kəlbəcər rayonlarını təmsil edən komandalar birincilik uğrunda mübarizə aparıb. Gərgin və maraqlı keçən mübarizənin sonunda qalib olan komandalar:

Zəngilan rayonu 4 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası;

Qubadlı rayonu Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinin komandası;

Kəlbəcər rayonu 126 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası.

Qalib komandalar kubok, medal və diplomlarla təltif olunublar.

Bütün iştirakçıları və qalibləri təbrik edir, onlara uğurlar arzulayırıq!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər