Görüş Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq Ağdam təmsilçinin Bolqarıstana səfəri çərçivəsində baş tutub.
Tahir Gözəl göstərilən diqqət və dəstək üçün səfirlərə təşəkkür edib. Hüseyn Hüseynov və Leyla Abdullayeva komandamıza uğurlar arzulayıb.
Qeyd edək ki, səfirlər bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq “Ludoqorets” – “Qarabağ” oyununu stadionda canlı izləyəcəklər. (Report)