27.06.2025, 03:29
AZ EN
13.08.2024, 08:58 317

Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırdığım üçün fəxr edirəm

XƏBƏRLƏR
  • "Təəssüratım çox yaxşıdır. Təbii ki, qızıl medal qazanmaq istəyirdim. Amma gümüş mükafat da pis nəticə deyil".

Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

O, daha sonra əlavə edib ki, Federasiya bu idman növünün inkişafı üçün əlindən gələni edir: "İnanıram ki, taekvondo Azərbaycanda ən populyar idman növlərindən bir olacaq. İdman mənim həyatımdır. Çoxdandır, taekvondoda olimpiya medalımız yox idi. Şükürlər olsun ki, bunu məhz mən bacardım. 10 ilə yaxındır, buradayam. Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırdığım üçün fəxr edirəm", - deyə Q.Maqomedov vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər