17.06.2025, 08:20
AZ EN
02.04.2023, 20:00 292

Minaya düşərək həlak olan hərbi qulluqçu Qəbələdə dəfn olunub

XƏBƏRLƏR
  • Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu Qəbələdə dəfn olunub.

​Şimal-qərb bürosunun məlumatına görə, dəfn mərasimindən əvvəl hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.

Daha sonra ​19 yaşlı Novruz Niftalıyev ​Nohurqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.

Faktla bağlı araşdırma aparılır.("Report")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR