28.06.2025, 01:56
AZ EN
02.01.2023, 12:30 224

Şəhid general - qəhrəmanlıq simvolu

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. O,  2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya gəlib.

Sumqayıtda orta məktəbi bitirən Polad Həşimov hərbçi peşəsini seçərək  Heydər Əliyev adına Ali Hərbi Mməktəbdə təhsil alıb, daha sonra təhsilini Türkiyədə davam etdirib.
Azərbaycan Ordusunun istedadlı komandirlərindən biri tanınıb.  2016-cı ildə Aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Vaxtından əvvəl ona general rütbəsi verilib.
General-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.
İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra yaşadığı Sumqayıt şəhərinə gətirilib. Şəhid general iyulun 15-də Bakıda II Fəxri Xiyabanda dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə 9 dekabr 2020-ci ildə ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Allah rəhmət eləsin, qəbri nurla dolsun!

Oxşar xəbərlər