Vətən müharibəsinin oktyabrın 23-nə olan xronikası:
-Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
-Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
-Prezident İlham Əliyev şəhid olmuş Milli Qəhrəman Şükür Həmidovun atası ilə telefonla danışıb.
-Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Vacib ərazi və yüksəkliklər azad edilib. Düşmən fərarilik edərək mövqeləri tərk edib.
-Tərtər, Ağdam və Ağcabədi ərazisi intensiv atəşə tutulub. Düşmənin 4 PUA-sı zərərsizləşdirilib.
-Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib. Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilməsinin videgörüntüləri yayılıb.
-Cəbrayıl rayonunun işğaldan azad edilən Minbaşılı kəndinin videgörüntüləri yayılıb.
-Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilməsinin videgörüntüləri yayılıb.(Trend)