26.09.2025, 02:58
AZ EN
25.09.2025, 11:40 205

Qadın minatəmizləyənlərin nə qədər mina və sursat aşkarladığı açıqlanıb

XƏBƏRLƏR
  • Beynəlxalq Avrasiya Mətbuat Fondunun qadın minatəmizləmə qrupları tərəfindən 2025-ci il 31 iyul tarixinədək 2 901 656 kvadratmetr (290 hektar) ərazi təmizlənib, 5 ədəd tank əleyhinə mina, 151 ədəd PHS aşkarlanıb.

Bu barədə məlumat “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin kasetli sursat probleminə dair hesabatında öz əksini tapıb.

Bildirilib ki, həmçinin, ehtiyac yarandıqda ANAMA tərəfindən minaaxtaran mexaniki maşınlar əməliyyatlara cəlb edilməklə təmizləmə prosesinin sürətlənməsinə dəstək göstərilib.

25 sentyabr 2023-cü il tarixindən qadın mina təmizləmə qrupları fəaliyyətə başlayıb və 31 iyul 2025-ci il tarixədək ümumilikdə 4 926 994 kvadratmetr (492 hektar) ərazi təmizlənib, nəticədə 18 ədəd PƏM, 106 ədəd TƏM və 274 ədəd PHS aşkarlanıb.

Hava şəraiti minatəmizləmə əməliyyatlarını həyata keçirməyə imkan vermədikdə qadın minaaxtaranlar müharibənin təsirinə məruz qalmış keçmiş cəbhəyanı kəndlərdə yerli əhalinin mina təhlükəsinə qarşı maarifləndirilməsi üzrə tədbirlərə cəlb edilirlər.

İndiyədək 4 500-dən çox yerli vətəndaş BAMF-ın qadın minaaxtaranları tərəfindən keçirilən maarifləndirmə tədbirlərində iştirak edib. (Trend)

Oxşar xəbərlər