Bəs işğaldan azad olunan ərazilərdən bugünədək nə qədər mina tapılıb və zərərsizləşdirilib?
Mövzu ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, 10 noyabr 2020-ci il tarixindən bugünədək 200 834.5 ha ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.
Məlumatda qeyd olunub ki, 137 772 ədəd partlamamış hərbi sursat, 36 904 ədəd piyada əleyhinə mina və 21 778 ədəd tank əleyhinə mina olmaqla ümumilikdə 196 454 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. (Trend)