Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 302 piyada əleyhinə mina, 79 tank əleyhinə mina, 3047 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 6365.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib. (APA)