Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan hərbi əlaqələrin cari vəziyyəti, birgə əməkdaşlığın yeni perspektivləri müzakirə edilib, strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb.
Tərəflər, həmçinin münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin əhəmiyyətini qeyd edib və maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.