ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 162 piyada əleyhinə mina, 43 tank əleyhinə mina, 2 777 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 157 hektar ərazi mina və PHS-lərdən təmizlənib. (APA)